Uitkoff Ukrayna danışıqlarının daha 3 iştirakçısını açıqladı

Baş səhifə

Bakı.Trend:

Britaniya, Almaniya və Fransadan olan diplomatlar Kiyevdə
Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara
qoşulub.

Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv
Uitkoff öz rəsmi “X” səhifəsində yazıb.

O qeyd edib ki, adları açıqlanan Avropa ölkələrinin milli
təhlükəsizlik məsələləri üzrə müşavirləri Ukrayna münaqişəsinin
nizamlanması ilə bağlı növbəti addımlar ətrafında gedən
müzakirələrdə iştirak ediblər.




“Əlavə üçtərəfli danışıqların təşkilinin irəlilədilməsi də daxil
olmaqla, əhəmiyyətli irəliləyiş əldə edilib”, – deyə xüsusi
nümayəndə qeyd edib.

Qeyd edək ki, daha əvvəl Financial Times (FT) qəzeti Uitkoff və
ABŞ liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri
zamanı danışıqlara az sayda yeni ideya gətirdiyini və bunun əvəzinə
əvvəlki təkliflərin müzakirəsini yenidən gündəmə gətirməyə
çalışdıqlarını yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir