Yeni dərs ili ailələrə neçəyə başa gələcək? – İnfoqrafika

Baş səhifə

Bakı. Trend:

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Çanta, geyim
və dəftər-qələm alışı üçün mağazalarda canlanma var.

Bəs bu il məktəbə hazırlıq ailə büdcəsinə neçəyə başa
gəlir?

Trend-in
əməkdaşı ən çox satılan ləvazimatların mövcud qiymətlərini
araşdırıb.

Müşahidələrə əsasən, məktəb ləvazimatlarının qiymətində ötən
illə müqayisədə ciddi bahalaşma yoxdur. Məsələn, ən çox istifadə
edilən məhsul, dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpik- 3
manat arası dəyişir.

Digər məktəb ləvazimatlarının qiymətləri isə aşağıdakı
kimidir:

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Çanta: 20-120 manat

Rəsm albomları: 1-7 manat

Sadə karandaşlar: 20 qəpik – 1,80 manat

Sadə qələmlər: 20 qəpik- 1 manat




Pozan: 40-50 qəpik

Rəngli karandaşlar: 2-8 manat

Xətkeş: 40 qəpik – 2,50 manat

Plastilin: 1- 4,50 manat

Pərgar dəsti: 1 – 5 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar
Əzimov
isə Trend-ə açıqlamasında qeyd edib ki, məktəbli
formalarının satış qiymətində dəyişiklik yoxdur.

“Məktəbli şalvarı və ətəkləri 15 manat, polo köynək(qısaqol) 12
manat, polo köynək (uzunqol) 14 manat, jaketlərin qiyməti qalınlıq
dərəcəsinə görə isə 20-25 manat arası dəyişir”, – deyə o əlavə
edib.

Beləliklə, bir şagird üçün yeni dərs ilinə hazırlıq təxminən
100–210 manat arası başa gəlir. Məbləğ seçilən çanta, məktəb
ləvazimatları və məktəbli formasının qiymətindən asılı olaraq
dəyişir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir