
Bakı. Trend:
Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, cari ilin yanvar- avqust aylarında Azərbaycanda
87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal
edilib.
Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz
çoxdur.
Səkkiz ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 181,9
milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,8 faiz
azalıb. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı
isə 61 milyard 527,6 milyon manat təşkil etməklə illik müqayisədə
2,1 faiz artıb.

