“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib

Baş səhifə

Bakı. Trend:

“PAŞA Sığorta” ötən ay üç avtomobil hadisəsi üzrə KASKO
sığortası üzrə müştərilərinə ümumilikdə 150.575 ₼
məbləğində ödəniş həyata keçirib. Hadisələrdən birində sürücü
idarəetməni itirib və avtomobil dəmir maneələrə çırpılıb. Nəticədə
təmir xərci 69.628 ₼ təşkil edib. Digər hadisədə
isə sürücü toqquşmadan yayınmaq üçün avtomobili sağa çəkib və
nəqliyyat vasitəsi dərəyə aşaraq 43.768 ₼-lıq
zərər görüb. Bu hadisədə maraqlı cəhət odur ki, sürücü nə qədər
peşəkar olursa olsun, qarşıdan gələn sürücü peşəkar olmaya bilər.
Ona görə bu müştərimiz toqquşmadan yayına bilmişdir və zərbəni öz
üzərində götürmüşdür. Üçüncü avtomobil isə geriyə hərəkət zamanı
məsafə düzgün nəzərə alınmadığı üçün dirəyə dəyib. Nəticədə
avtomobilin təmirinə 37.179 ₼ ödənilib.




Bu nümunələr göstərir ki, qəza müxtəlif səbəblərdən və bəzən
sürücünün iradəsindən kənar vəziyyətdə baş verə bilər. Sürücülərə
yalnız icbari sığorta ilə kifayətlənməməyi, avtomobilə dəyən
zərərin qarşılanması üçün KASKO təminatını da nəzərdən keçirməyi
tövsiyə edirik. Bunun üçün isə harasa getməyə ehtiyac yoxdur. “PAŞA
Sığorta”nın rəsmi VEB-SAYTINDA
FORMANI
doldura və ya rəsmi Instagram
səhifəsindən
müraciət etsəniz kifayətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir