
Bakı.Trend:
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena
Zelenskaya Kanadaya səfər ediblər.
Bu barədə Ukrayna dövlət başçısı özü “Telegram” kanalında
məlumat verib.
“Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır.
Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarları
yüksək qiymətləndiririk”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, xarici səfəri çərçivəsində bir sıra mühüm
görüşlər keçirəcək və bu görüşlərdə Kiyev ilə Ottava arasında artıq
çoxdan mövcud olan strateji münasibətlər səviyyəsinin
möhkəmləndirilməsi müzakirə olunacaq. Ukrayna lideri, xüsusilə,
Kanadanın Baş naziri Mark Karni ilə danışıqlarda iştirak
edəcək.
“Əsas diqqət Ukraynanın səmasının müdafiəsinə və qışa hazırlıq
məsələlərinə yönəldiləcək. Dayanıqlılığımızı necə
gücləndirəcəyimiz, insanlara necə dəstək verəcəyimiz və Ukraynanın
müdafiəsi üçün zəruri imkanları necə təmin edəcəyimiz barədə
danışacağıq”, – deyə Zelenski bildirib.

