
Bakı. Trend:
Parisin Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan
ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Bu barədə Ermənistan KİV yazır.
Məlumata görə, Paşinyan və Makron görüşdə ikitərəfli iqtisadi
münasibətlərin inkişafını, kosmik sahədə əməkdaşlığı, eləcə də
regional prosesləri müzakirə ediblər.
Tərəflər sülhün möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin
ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini
vurğulayıblar.
Qeyd edək ki, Paşinyan Beynəlxalq Kosmik Sammitdə iştirak etmək
ötən gün Fransaya səfər edib. Sammit 9–10 sentyabr tarixlərində
Parisdə keçirilir.

