
Bakı. Trend:
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə
dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Qeyd edilib ki, 2027−2032-ci illər ərzində sahibsiz heyvanlar
üçün sığınacaqlar tikiləcək, tikilmiş heyvan sığınacaqlarına
sahibsiz heyvanların qəbulu həyata keçiriləcək.
Prosesin əsas icraçı qurumu aidiyyatı üzrə Yerli İcra
Hakimiyyəti Orqanıdır.
Digər içraçı qurumlar, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi,
Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura
Komitəsidir.

