
Bakı. Trend:
Xiaomi Azərbaycanda REDMI Note 17 Series smartfonlarını təqdim
edib. Dörd modeldən ibarət yeni seriyaya xəttin ilk REDMI Note 17
Pro Max 5G modeli də daxildir. Yeniliklər daha yüksək tutumlu
batareyaları, sürətli şarjı, suya və düşmələrə qarşı gücləndirilmiş
qorunmanı, yenilənmiş dizaynı və flaqman səviyyəli funksiyaları bir
araya gətirir.
Yeni seriyanın təqdimatı ilə REDMI dünya üzrə 500 milyon ədəd
tədarük edilmiş cihaz göstəricisini keçib. Brend premium
texnologiyaları daha əlçatan etmək prinsipini REDMI Note 17
Series-də də davam etdirir.
Seriyanın əsas modeli 10 000 mAh-a qədər batareya ilə təchiz
olunan REDMI Note 17 Pro Max 5G-dir. Onunla yanaşı, REDMI Note 17
Pro 5G, REDMI Note 17 5G və REDMI Note 17 modelləri müxtəlif
istifadə ssenariləri üçün təqdim olunur. Seriya 6 ilə qədər
təhlükəsizlik yeniləmələri təklif edir. REDMI Note 17 Pro Max 5G-də
həmçinin 6 ilə qədər stabil proqram təminatı performansı nəzərdə
tutulub.
REDMI-nin “İllərlə istifadə üçün yaradılmış smartfon”
konsepsiyasını davam etdirən yeni xətt uzunömürlülüyü gündəlik
rahatlıqla birləşdirir. Məqsəd cihazın yalnız alındığı vaxt deyil,
illər sonra da aktual, funksional və istifadədə rahat
qalmasıdır.
REDMI Titan Quality gündəlik istifadə üçün
yaradılıb
REDMI Note 17 Pro Max 5G və REDMI Note 17 Pro 5G sənayedə 5
ulduzlu TÜV SÜD Titan Quality sertifikatına sahib ilk
smartfonlardır. Sertifikat cihazların düşmələrə davamlılığını, suya
qarşı qorunmasını və batareyanın uzunömürlülüyünü təsdiqləyir.
Modellər laboratoriya və real istifadə ssenarilərində kompleks
sınaqlardan keçirilib. REDMI Note 17 5G və REDMI Note 17 də
batareya resursunu təsdiqləyən 5 ulduzlu TÜV SÜD Battery
Performance sertifikatı əldə edib.
Uzunmüddətli istifadə üçün REDMI Titan Battery
System
Bütün REDMI Note 17 Series modelləri silikon-karbon
texnologiyası əsasında hazırlanmış REDMI Titan Battery System ilə
təchiz olunub. REDMI Note 17 Pro Max 5G 10 000 mAh-a qədər
batareya, 100W HyperCharge və 27W əks şarj dəstəyi təqdim edir.
REDMI Note 17 Pro 5G modelində 8 340 mAh batareya və 67W şarj,
REDMI Note 17 5G və REDMI Note 17 modellərində isə 7 700 mAh
batareya və 45W şarj dəstəyi mövcuddur.
Batareyalar 1 600 şarj dövründən sonra tutumun ən azı 80%-ni
qoruyur. Bu göstərici təxminən 6 illik normal istifadəyə uyğundur
və 5 ulduzlu TÜV SÜD Battery Performance sertifikatı ilə
təsdiqlənib.
Suya və düşmələrə qarşı gücləndirilmiş
qorunma
REDMI Note 17 Pro Max 5G və REDMI Note 17 Pro 5G gündəlik
təsirlərdən qorunmaq üçün gücləndirilmiş REDMI Titan Structure
konstruksiyasına malikdir. Hər iki Pro modeli IP66, IP68, IP69 və
IP69K standartlarına uyğun su və tozdan qorunma təmin edir.
Cihazlar 2 metr dərinlikdə 72 saat suya batırılma testindən keçib
və seriyada ilk dəfə Underwater Mode funksiyası təqdim olunub. Wet
Touch 2.0 texnologiyası ekranın üzərinə su, yağ, köpük və ya tər
düşdükdə belə dəqiq idarəetməyə imkan verir.
Pro modellərinin davamlılığı SGS sertifikasiyası ilə də
təsdiqlənib: cihazlar 3 metr hündürlükdən qranit səthə düşmə
sınağından keçirilib. Corning® Gorilla® Glass Victus® 2 və
gücləndirilmiş daxili konstruksiya ekranı və əsas komponentləri
zərbələrdən qorumağa kömək edir.
Yenilənmiş dizayn və flaqman səviyyəli
imkanlar
REDMI Note 17 Series yeni kamera modulu, düz ekran, yumşaq
yuvarlaqlaşdırılmış kənarlar və iki teksturalı arxa panel ilə
yenilənmiş dizayn əldə edib. Pro modellərinin çərçivəsi korpusla
arxa panel arasında daha hamar keçid yaradır və smartfonun əldə
rahat tutulmasına kömək edir. REDMI Note 17 Pro 5G-nin kamera
blokunda metal dizayndan istifadə olunub.
REDMI Note 17 Pro Max 5G üçün eksklüziv Cloud Blush rəngi
ultrabənövşəyi şüaların təsiri ilə ağdan çəhrayı-narıncı tona
dəyişir. REDMI Note 17 Pro 5G isə naxışlı Satin Orange və açıq mavi
Sky Blue rənglərində təqdim olunur.
REDMI Note 17 Pro Max 5G və REDMI Note 17 Pro 5G 6,83 düymlük,
1.5K təsvir ölçülü və 3 500 nit-ə qədər pik parlaqlığa malik
ekranlarla təchiz edilib. REDMI Note 17 5G və REDMI Note 17
modellərində isə 6,99 düymlük ekran var. 3 200 Hz-ə qədər ani
toxunma seçmə tezliyi oyun və gündəlik istifadə zamanı sürətli
reaksiya təmin edir.
Seriya video, musiqi, zəng və bildirişlər üçün güclü audio
sistemi təklif edir. REDMI Note 17 Pro Max 5G-də səs səviyyəsi
400%-ə qədər artırıla bilər. Model Snapdragon® 6 Gen 5 platforması
ilə çalışır, oyun, 4K kontent və eyni vaxtda bir neçə tətbiqlə
işləmək üçün yüksək performans təqdim edir. Hər iki Pro modeli 24
GB-a qədər operativ yaddaşı dəstəkləyir.
Kamera sistemi təbii və detallı fotolar üçün hazırlanıb. Bütün
modellərdə iki kamera ilə eyni anda çəkiliş funksiyası var. REDMI
Note 17 Pro Max 5G 4K 30 fps video çəkilişini, Pro modelləri isə
kontentin çəkilməsi, redaktəsi və paylaşılması üçün Professional
Video və Live Moment funksiyalarını dəstəkləyir.
Qiymət və satış
REDMI Note 17 Pro Max 5G — 1 149,99 AZN-dən
REDMI Note 17 Pro 5G — 799,99 AZN-dən
REDMI Note 17 5G — 689,99 AZN-dən
REDMI Note 17 — 549,99 AZN-dən
REDMI Note 17 Series Kontakt, İrşad, Baku Electronics, Birmarket
və Soliton mağazalarında satışa çıxarılır.
11–30 sentyabr 2026-cı il tarixlərində seriyanı alan müştərilər
200 AZN-dək xüsusi üstünlükdən yararlana biləcəklər. Alıcılara
smartfon üçün 2 il zəmanət və satınalma tarixindən etibarən 6 ay
ərzində bir dəfə pulsuz ekran dəyişdirilməsi də təqdim olunur.
3 illik batareya zəmanəti təklifi 15 noyabr 2026-cı ilədək
keçərlidir.

