Xankəndidə artıq 28 min insan yaşayır – Elçin Yusubov

Baş səhifə

Xankəndi. Trend:

Xankəndi şəhərində hazırda 28 min insan yaşayır.

Trend-in
Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov
Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik
korpusa müraciətində deyib.

“Xankəndidən məcburi köçkün olmuş əhalinin qayıdış prosesi davam
edir. Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil
alır. Bu göstərici ümumi əhalinin 10 faizindən çoxunu təşkil edir”,
– Elçin Yusubov bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, şəhərdə yeni yaşayış binaları və
parkların inşası həyata keçirilir, müasir tələblərə cavab verən
yollar salınır.

Onun sözlərinə görə, eyni zamanda şəhərin simasına və müasir
şəhərsalma standartlarına uyğun gəlməyən yöndəmsiz tikililərin
sökülməsi prosesi intensivləşdirilib.




Bununla yanaşı, yeni tələblərə cavab verən müasir tikililərin
inşası üçün layihələndirmə işlərinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə
sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri
başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150
nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident
İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə
və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı
bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan
sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni
irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası
istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir