Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin ilk altı ayında 9,4 mindən çox Azərbaycan vətəndaşı
təhsil məqsədilə Rusiyaya yollanıb.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
artım deməkdir.




Altı ay ərzində 9 434 Azərbaycan vətəndaşı təhsil almaq üçün
Rusiyaya daxil olub. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya 202
640 əcnəbi tələbə qəbul edib. Təhsil məqsədilə Rusiyaya gedənlərin
sayına görə ilk beşlikdə Qazaxıstan vətəndaşları (47 156 nəfər),
Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və
Qırğızıstan (12 775) vətəndaşları qərarlaşıb.

Statistikaya görə, bəzi digər ölkələrdən tələbə axını da
əhəmiyyətli dərəcədə artıb. Belə ki, Banqladeş vətəndaşlarının
təhsil almaq üçün Rusiyaya gəlişi yarıdan çox artaraq 1 076 nəfərə,
Nigeriya vətəndaşlarının sayı isə demək olar ki, iki dəfə artaraq
568 nəfərə çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir