Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

Bu barədə o, DW-yə verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, əgər Putin dekabrda keçiriləcək G20 sammitində iştirak edərsə, Putinlə görüşməyə hazırdır:

“Bəli, əlbəttə. Biz getməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Ona nə dediyim və ya onun mənə nə demək istədiyi vacib deyil. Bunlar əhəmiyyətli deyil. Əsas olan nəticədir.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir