
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın
vaxtlarda nizamlanmasının mümkün olduğunu bildirib.
Bu barədə “CBS News” telekanalı məlumat yayıb
Şimali Karolina ştatında çıxışı zamanı Tramp administrasiyasının
Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində
fəaliyyətini davam etdirdiyini qeyd edib.
“Rusiya ilə Ukrayna arasında nizamlanma üzərində səylə
çalışırıq. Mən səkkiz münaqişəni nizamlamışam, lakin ən çətini
Rusiya ilə Ukrayna arasındakı münaqişədir”, – deyə ABŞ Prezidenti
bildirib.
Trampın sözlərinə görə, Ukrayna böhranı dizel yanacağının
qiymətlərinin artmasına da təsir göstərir. “Lakin bütün bunlar çox
tez bir zamanda başa çatacaq”, – deyə Ağ Evin rəhbəri bildirib.

