Daha iki küçədə avtobus zolağı təşkil edilir

Baş səhifə

Bakı. Trend:

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin
tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz
və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və
Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.

Bildirilib ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün
xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol
sahəsində işlərə başlanılıb.




Hər iki yol sahəsində zolaqların eni standartlara
uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.

Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol
nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir