Yük avtomobilinin altında qaldıa

Baş səhifə

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.

Modern.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov “ZİL” markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyilə onu avtomobilin altından çıxararaq xilas ediblər.

Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir