Sumqayıt sakini tanışını bıçaqladı

Baş səhifə

Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Novxanı bağları massivində, 2 saylı xəstəxananın yaxınlığında baş verib.

1990-cı il təvəllüdlü Şahgəldiyev Səbuhi Nurəddin oğlu öz tanışı, 1977-ci il təvəllüdlü Adıgözəlov Kənan Əlibaba oğlu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı S.Şahgəldiyev K.Adıgözəlova bıçaqla xəsarət yetirib. K.Adıgözəlov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir