
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Ukraynaya hava hücumundan müdafiə
sistemləri üçün 2,68 milyard dollar dəyərində Amerika silahlarının
mümkün satışını təsdiqləyib.
Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
“ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Hərbi Satışlar
Proqramı (FMS) çərçivəsində hava hücumundan müdafiə sistemlərinin
modernləşdirilməsi, eləcə də müvafiq avadanlıq və xidmətlərin
mümkün satışı ilə bağlı qərarı təsdiqləyib. Satışın ümumi təxmini
dəyəri 2,68 milyard dollar təşkil edir”, – deyə məlumatda
bildirilib.
Saziş bağlanacağı təqdirdə Ukrayna alışın maliyyələşdirilməsini
Avropanın ayırdığı vəsaitlər və ABŞ-nin əvvəlki administrasiyanın
dövründə işə sadlığı “Xarici Hərbi Maliyyələşdirmə” (FMF)
proqramının vəsaiti hesabına həyata keçirəcək.
Qeyd edək ki, Ukrayna əsas müdafiə avadanlığı kateqoriyasına aid
olmayan aşağıdakı silahların alınması üçün sorğu göndərib:
- “S-300” klon raketləri;
- “GAM-67” raketləri;
- artırılmış mənzilə və lazer tuşlama sisteminə malik hava
hücumundan müdafiə raket sistemləri; - 1.5 Improvised Transporter Erector Launcher (müvəqqəti
nəqliyyat-qaldırıcı buraxılış qurğuları); - mobil buraxılış sistemlərinin modifikasiyası üçün dəstlər;
- pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün RPS-202 radar
stansiyaları və s.

