
Bakı. Trend:
Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki
dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 159, o
cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

