ABŞ Çinlə süni intellekt sahəsində danışıqları yüksək nəticəli hesab edir

Baş səhifə

Bakı. Trend:

ABŞ və Çin arasında ticarət və süni intellekt məsələlərinə dair
keçirilən son danışıqlar uğurlu nəticələrlə yadda qalıb.

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

Bessent jurnalistlərə açıqlamasında bildirib ki, Çin tərəfi ilə
ticarət və süni intellekt sahəsində çox məhsuldar müzakirələr
aparılıb. Onun sözlərinə görə, tərəflər Pekində yarımçıq qalan
müzakirələri davam etdiriblər. Orada Ticarət Şurasının yaradılması
və süni intellekt mövzusunun müzakirəsinə başlanılması ilə bağlı
razılıq əldə olunmuşdu. Son görüşdə isə bu məsələlər praktiki
müzakirə mərhələsinə keçib.




Nazirin sözlərinə görə, görüş zamanı süni intellekt sahəsində
əməkdaşlıq mexanizminin yaradılması məsələsi də müzakirə olunub. O
qeyd edib ki, bu mexanizmin “ABŞ-Çin Sİ dialoqu” adlandırılması
nəzərdə tutulur.

“ABŞ iki ölkə arasında məlumat mübadiləsi mexanizminin
yaradılmasını təklif edib. Həmçinin ortaq məqsədlər və mövcud
təhdidlər barədə ümumi yanaşma formalaşdırmaq istəyirik”, – deyə
Bessent bildirib.

O əlavə edib ki, təklif olunan mexanizm süni intellektlə bağlı
milli təhlükəsizlik səviyyəsində yarana biləcək insidentlər və
təhdidlər barədə tərəflər arasında qarşılıqlı məlumat mübadiləsini
əhatə edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir