Tokioda 400-dən çox aviareys ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioya yaxınlaşan güclü “Dujuan” qasırğası
səbəbindən Haneda və Narita hava limanlarında ən azı 461 aviareys
ləğv edilib.

Haneda hava limanında 280-dən çox daxili və 60-a yaxın
beynəlxalq uçuş, Naritada isə əsasən beynəlxalq olmaqla 100-dən çox
reys təxirə salınıb.




Qasırğanın bazar ertəsi günortadan sonra İzu yarımadasına, daha
sonra isə Tokio ərazisinə yaxınlaşacağı gözlənilir. Sinoptiklər
güclü yağış, daşqın və torpaq sürüşməsi təhlükəsi barədə
xəbərdarlıq ediblər.

Bəzi ərazilərdə son iki gündə 410 millimetrdən çox yağıntı
düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir