Şimali Koreya ilə dialoqa hazırıq – Yaponiyanın Baş naziri

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Şimali Koreya ilə
dialoqa hazır olduğunu bildirib.

Takaiçi BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı
Yaponiya ilə Şimali Koreya arasında qarşılıqlı faydalı
münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.




“Yaponiyanın və Şimali Koreyanın gələcəyi naminə,
Yaponiya-Şimali Koreya Pxenyan Bəyannaməsinə uyğun olaraq
qarşılıqlı faydalı münasibətlər qurmaq üçün dialoqa və konkret
tədbirlər görməyə hazıram”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Pxenyan Bəyannaməsi 2002-ci il sentyabrın 17-də
Yaponiyanın Baş naziri Cuniçiro Koizuminin Pxenyana səfəri zamanı
imzalanıb. Sənəd tərəflərin münasibətlərin normallaşdırılmasını
nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir