Gürcüstanda azərbaycanlı sahibkar faciəvi şəkildə öldü – GÖRÜNTÜ

Baş səhifə

Dünən Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Aktual.ge-yə istinadən xəbər verir ki, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.

İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir