Ankaranın meri Mansur Yavaş CHP-dən istefa verdi

Baş səhifə

Bakı.Trend:

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri (Ankaranın meri –red)
Mansur Yavaş Cumhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini
elan edib.

Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.




“Cümhuriyyət Xalq Partiyasına üzvlüyümə xitam verir, siyasi
yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə
çatdırıram”,deyə o bildirib.

Qeyd edək ki, Mansur Yavaş 1955-ci ildə Ankaranın Beypazarı
rayonunda anadan olub, hüquqşünas və siyasətçidir; 2019-cu ildən
isə Ankara Böyükşəhər Bələdiyyəsinin sədridir. 2024-cü ildə CHP-nin
namizədi kimi ikinci dəfə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri
seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir