
Türk dövlətləri arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişinin təmin olunması məsələsi gündəmdədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu barədə Modern.az-a müsahibəsində danışıb.
Komitə sədri bildirib ki, Türk dünyasında inteqrasiya proseslərinin genişləndirilməsi çərçivəsində vətəndaşların sərbəst hərəkəti ilə bağlı müxtəlif təkliflər müzakirə olunur.
“Məsələ gündəmdədir, o da həll olunur. Belə bir fikir var ki, məsələn, Özbəkistan ilə Azərbaycan arasında, Özbəkistanla Qazaxıstan arasında, hamısının arasında qarşılıqlı vizasız gediş-gəliş başlasın”, – deyə A.Nağıyev qeyd edib.

