Rumıniyada Ukrayna ərazisindən daxil olan dron qəzaya uğrayıb

Baş səhifə

Rumıniyanın Suçava dairəsində Ukrayna ərazisindən daxil olan pilotsuz uçuş aparatı qəzaya uğrayaraq meşəlik əraziyə düşüb.

APA xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, hava hədəfi ölkənin hava məkanında təxminən 4 dəqiqə qalıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

Regionun dörd yaşayış məntəqəsində məktəblərdə dərslərin başlanması müvəqqəti olaraq təxirə salınıb.

Vəziyyətə nəzarət etmək üçün Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, həmçinin helikopter havaya qaldırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir