Formula 1: Corc Rassell liderdir – YENİLƏNİB

Baş səhifə

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı davam edir.

Modern.az xəbər verir ki, yarışa ilk sıradan başlayan “Mercedes”in sürücüsü Corc Rassell liderliyini qoruyur.

Hazırda ikinci pillədə “McLaren”in təmsilçisi Oskar Piastri, üçüncü sırada isə “Red Bull”un sürücüsü Maks Ferstappen yer alır.

***

15:02

Bakıda keçrilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Modern.az xəbər verir ki, yürüşdə hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparır.

Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxıblar.

Yarışa birinci yerdən “Mercedes”in sürücüsü Corc Rassell başlayıb.
İkinci pillədə “Ferrari”nin pilotu Şarl Lekler, üçüncü sırada isə “McLaren”in təmsilçisi Oskar Piastri qərarlaşıb.
Onları müvafiq olaraq İsak Hacar (“Red Bull”), Lando Norris (“McLaren”), Luis Hemilton (“Ferrari”), Pyer Qasli (“Alpine”), Maks Ferstappen (“Red Bull”), Karlos Sayns (“Williams”) və Esteban Okon (“Haas”) izləyirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir