Yasamalda su borusu partlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su
borusu partlayıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə suyun güclü təzyiqlə ətrafa püskürdüyü və yaşayış
binasının həyətinin bir hissəsində su yığıldığı görünür.




İri Şəhərlərin Su Təchizatı QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
həmin ünvanda su xəttində qəza baş verib.

“Məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb
olundu. Su axıntısının qarşısı alındı və hazırda xəttin təmiri və
bərpası istiqamətində işlər görülür”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir