
Bakı. Trend:
Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl
Manasın adı verilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil
məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı
verilib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Ağdam
Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll
etmək tapşırılıb.
Xəbər yenilənəcək

