
Bakı. Trend:
Builki UN-Habitat Günü “Hamı üçün layiqli mənzil” devizi altında
qeyd olunub.
Omanın Maskat şəhərində hökumətlərin, vətəndaş cəmiyyətinin və
akademik dairələrin nümayəndələri təxminən 3,4 milyard insana təsir
edən qlobal mənzil böhranının həlli üçün təcili tədbirlər
görülməsinə çağırıblar.
BMT-nin İnsan Məskunlaşması Proqramının icraçı direktoru
Anaklaudia Rossbax bildirib: “Layiqli mənzil lüks deyil, ləyaqətli
həyatın təməlidir”. O, mənzilin torpaq idarəçiliyi və əsas
xidmətlərlə yanaşı, dövlət prioriteti hesab edilməli olduğunu
vurğulayıb.
Rossbax yerli icmalara investisiyaların artırılmasına,
hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın
gücləndirilməsinə çağırıb.

