
Bakı. Trend:
Ermənistanla sərhədi keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu
Nəsimi Musayev yerli hüquq-mühafizə orqanlarına ifadə verib.
Bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.
Nəsimi Musayev ifadəsində kənddə daxil olduğu evdə heç kimə
zərər vermək istəmədiyini, lakin ev sahibi Ani Avetisyanın onu
buraxmaq istəmədiyini deyib.
O, ev sahibəsinin əlindən silahını almağa cəhd göstərdiyini və
özünü müdafiə etməyə məcbur olduğunu bildirib.
Bundan əlavə, Musayev yazılı izahatında ev sahiblərinin ona
hücum etdiyini, bıçaqla xəsarətlər yetirdiyini və döydüklərini qeyd
edib.
Qeyd edək ki, Baş Prokurorluğunun Mətbuat xidməti oktyabrın 1-də
Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi
hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev
Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yaymışdı.
Sonradan onun Ermənistan ərazisində olması müəyyənləşmişdi.

