Beynəlxalq Valyuta Fondu Mərkəzi Bankda strateji idarəetmənin təkmilləşdirilməsi üzrə tövsiyələr təqdim edib

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankında
strateji idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
təqdim edib.

Bu barədə Azərbaycanın Mərkəzi Bankının məlumatında
bildirilib.

Qeyd olunub ki, BVF-nin texniki yardım missiyası çərçivəsində
fondun ekspertləri Azərbaycan Mərkəzi Bankında səfərdə olublar.




“Missiya çərçivəsində Mərkəzi Bankda strateji planlaşdırma
prosesinin təşkili, strateji risklərin müəyyənləşdirilməsi və
qiymətləndirilməsi, risklərin idarə edilməsi üzrə qərar qəbul etmə
mexanizmləri, eləcə də strategiyaların icrası və monitorinqi üzrə
mövcud yanaşmalar nəzərdən keçirilib. Aparılan təhlillər və
beynəlxalq təcrübə ilə müqayisəli müzakirələr əsasında qeyd olunan
istiqamətlər üzrə təkmilləşdirmə imkanları müəyyənləşdirilib və
müvafiq tövsiyələr təqdim edilib. Missiyanın yekununda Mərkəzi
Bankın sədr müavinləri Gülər Paşayeva və Əli Əhmədovun, eləcə də
bir sıra struktur bölmələrin direktorlarının iştirakı ilə BVF
nümayəndə heyətinin görüşü keçirilib”, – deyə məlumatda qeyd
olunub.

Vurğulanıb ki, görüş zamanı missiyanın əsas müşahidələri və
ilkin nəticələri təqdim olunub. İştirakçılar, həmçinin strateji
idarəetmə və risklərin idarə edilməsi üzrə institusional
yanaşmaların təkmilləşdirilməsi, strategiyaların icrasının
səmərəliliyinin artırılması və monitorinqin gücləndirilməsi, eləcə
də risklərin idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi
məsələlərini müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir