İran ABŞ-də aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-də keçiriləcək aralıq
seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışmaqda ittiham
edib.

Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında
yazıb.

O bildirib ki, İran neftin qiymətini artırmaq üçün əlindən
gələni edir və hətta saxta hücumlar, minalar və digər məsələlər
barədə məlumatlar uydurur.

Trampın sözlərinə görə, hazırda Hörmüz boğazından münaqişə
başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır.




ABŞ Prezidenti İran hakimiyyətini etirazçıları və onların
qarşısına çıxan digər şəxsləri öldürməkdə ittiham edib.

“Yeddi aydan da az müddətdə 75 000 etirazçı öldürülüb. Dünyanın
və Demokratlar Partiyasının buna əhəmiyyət vermirmiş kimi görünməsi
təəccüb doğurur”, – deyə o qeyd edib.

O, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini və
olmayacağını vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir