
Bakı. Trend:
Azərbaycan sakinləri ildə orta hesabla 3,25 kitab oxuyur və
mütaliəyə 74 saat vaxt ayırırlar.
CEOWORLD Magazine nəşrinin istehlakçıların mütaliə vərdişlərinə
dair araşdırmasına əsasən, bu göstəriciyə görə ilk yeri ABŞ tutur.
Bu ölkədə adambaşına ildə orta hesabla 17 kitab oxunur və mütaliəyə
357 saat sərf edilir.
Hindistan 16 kitab və 352 saat göstəricisi ilə ikinci, Böyük
Britaniya 15 kitab və 343 saatla üçüncü, Fransa 14 kitab və 305
saatla dördüncü, İtaliya isə 13 kitab və 278 saatla beşinci
yerdədir.
Rusiya ildə orta hesabla 11 kitab və 223 saat göstəricisi ilə
yeddinci yerdə qərarlaşıb.
Araşdırmaya daxil edilən ölkələr arasında ən aşağı göstəricilər
Əfqanıstanda (2,56 kitab), Bruneydə (2,59 kitab) və Pakistanda (2,6
kitab) qeydə alınıb.
Qeyd olunur ki, elektron və audiokitabların yayılmasına
baxmayaraq, bir çox ölkədə çap kitabları hələ də populyarlığını
qoruyur.
Araşdırma CEOWORLD Magazine Consumer Insights tərəfindən
müxtəlif ölkələrdə aparılmış 6,5 milyondan çox müsahibənin
nəticələrinə əsaslanır.

