Tramp israilliləri “müstəsna döyüşçü” Netanyahuya səs verməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bazar günü israilliləri çərşənbə
axşamı keçiriləcək parlament seçkilərində hazırkı Baş nazir
Benyamin Netanyahuyə səs verməyə çağırıb. O, İsrail və ABŞ-ın İrana
qarşı apardığı müharibəni “birgə qələbə” nümunəsi kimi
göstərib.

“Seçkiyə gedəndə unutmayın ki, Bibi müstəsna döyüşçü baş nazir
olub”, — Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində
yazıb.

O, Benyamin Netanyahunun ləqəbindən istifadə edib.




İsrailin baş naziri isə ona dəstək verən özəl 14-cü telekanalın
efirində rəqiblərini Fələstin dövləti yaratmağa çalışmaqda yenidən
ittiham edib və bunun “İsrail üçün fəlakət olacağını” bildirib.
Benyamin Netanyahu seçki kampaniyasının əsas diqqətini
təhlükəsizlik məsələlərinə yönəldib və bu sahədə etibarlı təminat
verə biləcək yeganə şəxsin özü olduğunu iddia edib. Seçki
kampaniyası boyunca ölkənin müxtəlif yerlərində onun təsviri olan
və “Ya sağ, ya da Fələstin” şüarı yazılmış plakatlar
yerləşdirilib.

O, həmçinin İran təhlükəsini ön plana çəkərək Donald Trampla
birlikdə fevral ayında Tehrana qarşı başlatdığı müharibənin
nəticələrini öz uğuru kimi təqdim edib. Tramp da açıq şəkildə onun
namizədliyini dəstəkləyib.

“İşin 90 faizini görmüşük, cəmi 10 faizi qalıb. Bunu kim başa
çatdıracaq? Eyzənkot və Müsəlman Qardaşları? Xeyr. Bunu yalnız mən
edə bilərəm”, — deyə Netanyahu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir