Çində Kommunist Partiyasının V Plenumu başlayıb

Baş səhifə

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beşinci plenar iclası Pekində işə başlayıb.

Modern.az xəbər verir ki, Reuters agentliyi Çin dövlət televiziyası CCTV-yə istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-dək davam edəcək toplantıda partiyadaxili idarəetmənin gücləndirilməsi və rəhbərlik sisteminə dair mühüm məsələlər müzakirə olunacaq.

Beynəlxalq analitiklərin fikrincə, bu toplantı 2027-ci ildə Çində gözlənilən rəhbərlik dəyişiklikləri ərəfəsində ən mühüm siyasi tədbirlərdən biri ola bilər.

Ekspertlər hesab edirlər ki, plenum Çin lideri Si Cinpin üçün partiya üzərində nəzarəti gücləndirmək və siyasi xəttin vahidliyini təmin etmək baxımından əhəmiyyətlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir