
Bakı. Trend:
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri
krallıq səmasında dörd pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək
məhv ediblər.
Bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial
şəbəkəsində yazıb.
“Husi terrorçuları tərəfindən cənub bölgəsinə atılan dörd dron
ələ keçirilərək məhv edilib”, – deyə o bildirib.

