ABŞ İran yaxınlığındakı hərbi gəmilərinin sayını 21-ə çatdırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığında yerləşən hərbi
gəmilərinin sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatlarında
bildirilir.

Məlumata görə, bölgədə “USS George Washington” və “USS George
Bush” təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi hərbi qruplaşma
fəaliyyət göstərir. Qruplaşmanın tərkibində, həmçinin bir kreyser,
11 idarəolunan raket esminesi və üç böyük amfibiya gəmisi var.




Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Qırmızı
dənizdə, daha ikisi isə Hind okeanının şimal-qərbində fəaliyyət
göstərir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da
bölgədə 20-dən çox Amerika hərbi gəmisi yerləşdirilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir