Rusiya və Ukrayna arasında atəşkəs qüvvəyə mindi

Baş səhifə

Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhəri ətrafında humanitar əməliyyatın həyata keçirilməsi üçün lokal atəşkəs rejiminə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşin dayandırıldığını açıqlayıb.

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets də atəşkəsin başladığını təsdiqləyib.

Razılaşma çərçivəsində bölgəyə humanitar yardımların çatdırılması və mülki əhalinin təxliyəsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir