“Apple” yeni “MacBook Pro”nu təqdim edib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Apple” şirkəti M6 prosessoru ilə təchiz olunmuş yeni “MacBook
Pro” noutbuk modelini təqdim edib. Qurğu bir dəfə enerji yüklənməsi
ilə 24 saata qədər işləyə bilir.

Bu barədə şirkətin press-relizində bildirilib.

“”Apple”şirkəti tələbələr, biznes istifadəçiləri, kontent
yaradıcıları və digər istifadəçilər üçün daha yüksək məhsuldarlıq,
cihazın özündə süni intellektin geniş imkanları və daha sürətli
bağlantı təmin edən M6 prosessorlu yeni 14 düymlük MacBook Pro
modelini təqdim edib”, – deyə şirkətin rəsmi saytında qeyd
olunub.

“Apple”ın məlumatına görə, M6 prosessoru əvvəlki modellə
müqayisədə “MacBook Pro”da süni intellektlə bağlı tapşırıqların 25
faiz daha sürətli yerinə yetirilməsinə, eləcə də qrafik alətlərdən
daha səmərəli istifadəyə imkan verir.




Bundan əlavə, yeni prosessor sayəsində noutbukun batareyasını
cəmi 30 dəqiqə ərzində 50 faizədək doldurmaq mümkün olacaq.

Yeni noutbukun rəsmi satışlarına noyabrın 6-da başlanacaq.
Modelin ilkin qiyməti 1 999 dollar təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir