ABŞ Bolsonaru və ailəsinə viza verib

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası Braziliyada keçirilən prezident
seçkilərində məğlub olan Flaviu Bolsonaru və onun ailə üzvlərinə
viza verib.

Bu barədə Tramp administrasiyasının yüksəkvəzifəli rəsmisi
“Axios”a məlumat verib.

Məlumata görə, qərar Braziliyanın hazırkı Prezidenti Luis İnasiu
Lula da Silvanın keçmiş dövlət başçısı Jair Bolsonarunun oğlu
Flaviu Bolsonaru üzərində prezident seçkilərində qələbə
qazanmasından bir neçə gün sonra qəbul edilib.




ABŞ administrasiyasının rəsmiləri Bolsonaru və ailə üzvləri
Birləşmiş Ştatlara təhlükəsiz şəkildə çatana qədər məsələ ilə bağlı
əlavə şərh verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin
ikinci turunda Lula da Silva yenidən qalib gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir