Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Baş səhifə

Antalya. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak
etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gəlib.

Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk
Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli
Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini,
Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük
Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay,
Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya
şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər
qarşıladılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir