Sabah bəzi yerlər qazsız qalacaq

Baş səhifə

Sabah Qəbələ şəhərinin Pastar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Həmçinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin yaydığı məlumata əsasən, Qazax rayonunun İkinci Şıxlı və Kosalar kəndlərinin qaz təchizatında da müvəqqəti fasilə olacaq.

Görüləcək təmir işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar hər iki rayonda qeyd olunan ünvanlarda sabah saat 10-dan işlər yekunlaşanadək qazın verilişi dayandırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir