Vens 2028-ci il prezident seçkilərində namizəd ola bilər – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək
prezident seçkilərində dövlət başçısı postuna namizədliyini irəli
sürə biləcəyi istisna edilmir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox
News telekanalına verdiyi müsahibədə danışıb.

“Fikrimcə, Cey Di çox yaxşı bir namizəd ola bilər”, – deyə o
bildirib.




Rubiodan həmçinin, özü 2028-ci ildə prezidentliyə namizəd olmaq
niyyətində olub-olmadığı da soruşulub. O bu suala belə cavab verib:
“Gələcəyin nə gətirəcəyini heç vaxt bilmək olmur. Heç bir variantı
istisna etmirəm”.

Dövlət katibi əlavə edib ki, hazırda bütün diqqətini öz
vəzifəsinə yönəldib: “Prezident mənə icazə verdiyi müddətcə bu işlə
məşğul olmaq istəyirəm. Hesab edirəm ki, bu şəkildə ölkəmə layiqli
xidmət göstərə bilərəm”.

Spread the love