
Yaponiya ilə Çin arasında Tayvanla bağlı başlayan gərginlik dərinləşir.
Metbuat.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdəki çıxışında Çinin adaya hücumunun Yaponiyanı hərbi əməliyyatlara məcbur edə biləcəyini bildirib. Bu açıqlama Çinin sərt reaksiyasına səbəb olub. Pekin Takaiçinin sözlərini ölkə üçün təhdid adlandırıb. İki ölkə qarşılıqlı olaraq səfirlərini geri çağırıb və Çin vətəndaşlarını Yaponiyaya səyahət etməmələri barədə xəbərdar edib. Gərginlik hərbi cəbhəyə də təsir göstərib.
Çin ordusu Senkaku adaları yaxınlığında patrul xidməti həyata keçirib. Bəzi dronlar Yaponiya arxipelaqının qərbinə doğru uçub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

