Bitcoin 2030-a qədər 1 milyon dollara çata bilər – “Coinbase”in rəhbəri

Baş səhifə

Bakı. Trend:

Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan “Coinbase”in icraçı direktoru Brayan Armstronq proqnozlaşdırır ki,
kriptovalyutanın dəyərinin təxminən 30% itirməsinə baxmayaraq, “Bitcoin” 2030-cu ilə qədər 1 milyon dollar səviyyəsinə
çatacaq.

Trend xəbər verir
ki, bu barədə biznesmen “The National” nəşrinə müsahibəsində
bildirib.




Armstronq deyib: “Məncə, kriptovalyutanın böyümə üçün böyük
potensialı var. Mən hələ də ‘Bitcoin’in 2030-cu ilə qədər bir
milyon dollar dəyərində olacağını düşünürəm”.

“Coinbase”in rəhbərinin fikrincə, investorlar kriptovalyuta
bazarındakı qısamüddətli dalğalanmalara çox diqqət
yetirməməlidirlər, çünki “Bitcoin” son onilliyin ən yaxşı nəticə
göstərən aktivi olaraq qalır. Armstronq əlavə edib: “Qısa müddətdə
kriptovalyuta riskli aktiv kimi qəbul edilir, lakin son 10 il
ərzində ‘Bitcoin’ ən yaxşı nəticə göstərən aktiv olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir