Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament
Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci
Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç
ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova Parlament Assambleyasının
parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm
platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla
təşkil edildiyini bildirib.

Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında
qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası
təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli
əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da
uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh
prosesi barədə də qarşı tərəfi məlumatlandırıb. Öz növbəsində,
Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə
üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi
dəstəklədiklərini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir