“MOL Group” 2026-cı ilin I rübündə AÇG blokunda neft hasilatını artırıb

Baş səhifə

Bakı.Trend:

Macarıstanın “MOL Group” şirkəti Azərbaycandakı
“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında xam neft hasilatını 2026-cı
ilin birinci rübündə günə 13 100 neft ekvivalenti barelinə (boepd)
çatdırıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur
(12 400 boepd).

Bu barədə Trend
şirkətin məlumatlarına istinadən xəbər verir.

Bununla belə, 2025-ci ilin dördüncü rübü ilə müqayisədə (15 200
boepd) 2026-cı ilin I rübündə hasilat 13,8% azalıb.

2025-ci ilin yekunlarına görə, “MOL Group”un AÇG yatağındakı
hasilatı 13 400 boepd təşkil edib. Bu göstərici 2024-cü ildə 12 700
boepd olub və nəticədə illik artım 5,5% təşkil edib.




bp-nin son məlumatlarına əsasən, 2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ümumi hasilat orta hesabla
günə 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni
4 milyon ton olub. Müqayisə üçün 2025-ci ilin birinci rübündə
hasilat günə 331 min barrel təşkil etmişdi. Beləliklə, sözügedən
yataqda hasilat illik ifadədə 1,8 faiz azalıb.

AÇG-nin hasilat göstəriciləri yataqlar üzrə aşağıdakı şəkildə
olub: Çıraq (19 500 b/g), Mərkəzi Azəri (89 800 b/g), Qərbi Azəri
(74 800 b/g), Şərqi Azəri (43 900 b/g), Dərinsulu Günəşli (47 700
b/g), Qərbi Çıraq (22 600 b/g) və ACE (26 700 b/g)

AÇG-də iştirak payları aşağdakı kimidir:

bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX
(9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir