
Bakı. Trend:
Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni
hakimlər təyin edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar
iclasında müvafiq qərarlar qəbul edilib.
Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək
Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin
ediliblər:
- Abdullayev Elşən Uğur oğlu
- Əliyeva Aytən Heydər qızı
- Hüseynov Elməddin Mirpaşa oğlu
- Hüseynov Telman Qulaməli oğlu
- İsmayılzadə Fərid Sabir oğlu
- Qafarova Rəna Nazim qızı
- Nuriyev Elnur Aləm oğlu
Bilal Mahir oğlu Məmmədov vəzifəsi
dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi
təyin edilib.
Əsgərov Anar Əlifağa oğlu və Mustafayev
Etibar Mustafa oğlu vəzifələri dəyişdirilərək Şəki
Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Ağabəyov Nicat Rauf oğlu və Hacızadə
Fəxri Hümmət oğlu vəzifələri dəyişdirilərək Şirvan
Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Sadıqov Vahid Nəriman oğlu vəzifəsinin
dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsindən azad edilib.
Nural Turab oğlu Əliyev vəzifəsinin
dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsindən azad edilib.

