Azərbaycan Premyer Liqasına kim çıxacaq?: "pley-off" oyunu 

Baş səhifə

Bu gün 2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanan son komandanın adına aydınlıq gələcək.

Modern.az xəbər verir ki, “pley-off” oyununda “Qəbələ” “Mingəçevir”lə üz-üzə gələcək. “Qəbələ” Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, “Mingəçevir” isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb. “Qəbələ” Misli Premyer Liqasında yerini qorumağa, “Mingəçevir” elitaya yüksəlməyə çalışacaq.

Sumqayıtdakı “SOCAR Polymer Arena” təşkil olunacaq görüş saat 18:30-da start götürəcək. 

Oyunu FİFA referisi isə Tural Qurbanov idarə edəcək.

Görüş iki telekanalda – “CBC Sport” və “İdman TV”də birbaşa yayımlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir