İsrail mülki təyyarənin atəşə tutulmasını araşdırır

Baş səhifə

Bakı.Trend:

İsrail ötən gecə İordan çayının Qərb Sahilində mülki təyyarənin
atəşə tutulması ilə bağlı insidenti araşdırır. İsrail Müdafiə
Qüvvələri (IDF) əsgərlərin onu düşmən dronu ilə səhv salaraq,
yalnışlıq nəticəsində atəş açdığına inanır.

Trend xəbər verir
ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.

İnsident Beyt El qəsəbəsi üzərində sakinlərin bir neçə naməlum
pilotsuz uçuş aparatları görməsindən sonra baş verib.




IDF qüvvələri həmin əraziyə səfərbər olunub və bölmələrdən biri
mülki təyyarəni dron bilərək ona atəş açıb.

Daha sonra məlum olub ki, Ben Qurion hava limanına eniş edən
təyyarələrin uçuş marşrutu şərq istiqamətinə dəyişdirilib. Bu
səbəbdən təyyarələr Beyt-El ərazisi üzərindən nisbətən alçaq
yüksəklikdə uçub və bu da dronlarla bağlı məlumatların yayılmasına
səbəb olmuş ola bilər.

Hadisə nəticəsində zərər və ya xəsarət alanlarla bağlı məlumat
yoxdur. Ordunun bildirdiyinə görə, insident araşdırılacaq.
Təyyarənin hansı hava yolları şirkətinə aid olduğu və uçuş marşrutu
açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir