Xankəndidə Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət
Mərkəzi əsaslı təmirdən sonra yenidən əhalinin ixtiyarına
verilib.

Trend-in
Qarabağ bürosunun əldə etdiyi məlumata görə, binada aparılan baxış
zamanı divarlarda aşınma və müxtəlif zədələnmələr aşkarlandığından
burada genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Əsaslı
təmirdən sonra mərkəz müasir standartlara uyğun şəkildə yenidən
qurularaq istifadəyə açılıb.

Üçmərtəbəli binada kino və səhnə fəaliyyəti, müxtəlif
mədəni-kütləvi tədbirlərin təşkili, təlim və yaradıcılıq
məşğələlərinin keçirilməsi, inzibati idarəetmə və turizmyönümlü
xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb.




Mərkəzdə müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyət göstərəcəyi
çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa,
suvenir mağazası və buffet fəaliyyət göstərəcək.

Bundan əlavə, burada film nümayişləri, tamaşalar, təqdimatlar,
konsertlər, rəsmi görüşlər və digər mədəni-kütləvi tədbirlərin
keçirilməsi üçün yüksək şərait yaradılıb. Mədəniyyət Mərkəzində 348
yerlik tamaşaçı zalı da fəaliyyət göstərəcək.

Qeyd olunub ki, mərkəzin fəaliyyəti Xankəndinin mədəni mühitinin
canlandırılmasında mühüm rol oynayacaq və şəhərdə keçiriləcək
kütləvi tədbirlərin əsas məkanlarından birinə çevriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir